Qobustan həbsxanasının rəisi işdən çıxarıldı

O, 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub
 
Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki Fikrət Qafarov vəzifəsindən azad edilib.

F. Qafarov Bakı şəhəri, Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunub.

2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Eyvaz Əsgərov isə vəzifəsindən azad edilərək Qobustan Həbsxanasının rəis müavini təyin edilib./report.az/

MediaFax