“Qızıl Xaç”ın 6 əməkdaşı öldürüldü

Əfqanıstanın şimalında Beynəlxalq Qırmızı Xaç Komitəsinin altı əməkdaşı öldürülüb.
 
"BBC”nin verdiyi məlumata görə, onların İŞİD qruplaşması üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir.
 
BQXK nümayəndəsi Tomas Qlasın sözlərinə görə, qurumun daha iki əməkdaşı Covzan əyalətində itkin düşüb./APA/

MediaFax