Qırğızıstan səfəri başlandı

Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün sentyabrın 16-da Qırğızıstana səfər edib.
 
Bişkekin "Manas” Beynəlxalq Aeroportunda prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Dövlət başçısını Qırğızıstanın baş naziri Sooronbay Jeenbekov və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

MediaFax