Prezidentin ürəyi tutdu, BMT-nin iclasından qaldı

Qırğızıstan prezidenti Almazbek Atambayev ürəyində yaranmış problemə görə BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak edə bilməyəcək.
 
Bu barədə Qırğızıstan prezidentinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, ilkin tibbi müayinə zamanı 60 yaşlı A. Atambayevin ürəyində problem aşkarlanıb. Bununla əlaqədar, dövlət başçısı bir müddət həkimlərin nəzarəti altında olacaq. BMT baş Assambleyasında isə Qırğızıstan nümayəndə heyətinə xarici işlər naziri Erlan Abdıldayev rəhbərlik edəcək.
 
Qeyd edək ki, Almazbek Atambayev 2011-ci ildən Qırğızıstanın prezidentidir. Bundan əvvəl isə o, bir neçə il baş nazir postunu tutub./APA/

MediaFax