Qəzaya uğrayan təyyarə Bakıya enəcəkmiş - SON ANDA QƏRAR DƏYİŞİB

Bu gün Qara dənizə düşən Rusiyaya məxsus "TU-154” tipli təyyarə Bakıda eniş etməli imiş. Lent.az xəbər verir ki, bu barədə "Exo Moskvı” radiosu məlumat yayıb.

Radiostansiyanın Rusiyanın hərbi mənbələrinə istinadən məlumatına görə, təyyarənin pilotları İraqın hava məkanına daxil olmaqdan çəkinirmiş və Bakıda yanacaq doldurduqdan sonra İran üzərindən Suriyaya uçuş etmək istəyiblər. 

Bildirilir ki, "TU-154” tipli təyyarələrin yanacaq tutumu 3600 kilometrdən artıq uçuşa imkan vermirb. Odur ki, Bakıda eniş etmək və burada yanacaq doldurmaq ehtimalı mümkün olub. Lakin sonradan Soçiyə enməklə bağlı qərar verilib.

MediaFax