Qəsəbə sakinləri qazdan şikayət edirlər

Buzovna qəsəbəsində bu küçənin sakinləri qazdan şikayətlənir.

Xəzər rayonu, Buzovna qəsəbəsinin Abasqulu Abdullayev küçəsində yaşayan sakinlər qazın təzyiqinin aşağı olmasından şikayət edirlər.
 
Saytımıza müraciət edən sözügedən küçənin sakinləri Ehtiram Seyidov, Kərim Kəngərli və digərləri bildiriblər ki, bu şəraitdə yaşamaq mümkünsüzdür. Sakinlər Qaz İdarəsinin rəhbərliyinə dəfələrlə şikayət etdiklərini, lakin şikayətə baxılmadığını qeyd ediblər./qafqazinfo.az/

MediaFax