Qazanc üçün heyvanları bu günə salırlar - Video

Europe 1 kanalı dovşan tükünün istehsal prosesilə bağlı şok kadrlar yayımlayıb. 

Həmin kadrlarda Fransa ərazisində dovşanların tükünün əldə olunduğu xüsusi fermalar əks olunub.

Məlumata görə, dovşanların tükü xüsusi amansızlıqla soyulur: canlı heyvanlar masa üzərində çarmıxa çəkilir. Bundan sonra tüklərin çıxarılması (bəzən hətta dəridən hissəciklər də qoparmaqla) başlayır. Heyvanlar isə qorxudan və ağrıdan səs salır, azadlığa çıxmaq istəyirlər. Belə "qırxılma”dan sonra heyvanlar şok vəziyyətində olurlar. Bu vəziyyətdə onlar bir neçə gün ərzində öz qəfəslərində hərəkətsiz qala bilərlər.

Fermada dovşanların tükü bəzi hallarda qırxılmır, yonulur. Bu isə daha artıq maliyyə qazancı əldə etməyə hesablanıb. Belə ki, yonulmuş uzun xəz qırxılmışa nisbətən daha bahalı olur. Bundan əlavə, bu üsul vaxta da qənaət edir.

Ən dəhşətlisi isə, heyvanlar üçün hər hansı ağrıkəsicidən istifadə olunmur. Şirkətlər bunu artıq xərc hesab edirlər.

Qeyd edək ki, heyvanlar 2-3 illik ömürləri ərzində hər 3 aydan bir belə prosesə məruz qalırlar. Əslində isə anqora dovşanı yaxşı qulluq şəraitində 5, bəzən 10 ilə qədər yaşaya bilir./aznews.az/


MediaFax