“Qaynar xətt”ə niyə düşmək olmur? - Açıqlama

Son zamanlar vətəndaşların "Azəriqaz”la bağlı şikayətləri artıb.
 
Vətəndaşlar bildirilər ki, "Azəriqaz " İstehsalat Birliyinin "qaynar xətti” ilə əlaqə saxlaya bilmirlər. Həmçinin yaşadıqları ərazilərdə mavi yanacağın tez-tez kəsilməsi hallarına rast gəlirlər.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri  İbrahim Kərbəlayev saytımıza bildirib ki, rejimdən asılı olaraq çağırışlar çox olanda vətəndaşlar gözləmə mövqeyində dayanmalıdırlar.

"Ona görə də kim ki səbirsizlik edib gözləmirsə, yəqin ona görə belə deyir. "Azəriqaz " İstehsalat Birliyinin 104 və 185 saylı çağrı mərkəzi sutkanın 24 saatı fəaliyyət göstərir”.

Qurum rəsmisi qaz kəsilmələrinin tez-tez olmadığını da deyib.

"Hazırda elə bir ərazi yoxdur ki, orada qaz olmasın. Nə vaxt ki, qaz təchizatında məhdudiyyət olur, bununla bağlı əvvəlcədən  həmin rayon üzrə ictimaiyyətə "Azəriqaz " İstehsalat Birliyi  tərəfindən elan  edilir. Onu da qeyd edim ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində 69 çoxmərtəbəli binanın qaz xəttinin açılması təmin edilib.  Bu da ümumilikdə 3488 mənzili əhatə edib”./modern.az/

MediaFax