Qardaş bacısını niyə öldürdü? - Təfərrüat

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.
 
Hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.
 
Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.
 
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
 
Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
 
X X X
 
Şamaxı rayonunda ailə münaqişəsi zəminində törədilən qətlin təfərrüatları məlum olub.
 
Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində qətlin qısqanclıq zəminində törədildiyi müəyyənləşib.
 
Yerli sakinlərin dediyinə görə, ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı ilə mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan apararaq, qətlə yetirib və polisə könüllü təslim olub.
 
Qadının iki övladı qalıb./APA/

MediaFax