Qaradağ və Cəlilabadda yol tikintisinə pul ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 mln. manat ayrılıb.
 
Maliyyə Nazirliyi və "Azəravtoyol" ASC bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir./APA/
 
X X X
 
Prezident İlham Əliyev "Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, iyirmi üç min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,9 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb./TREND/
 
MediaFax