“Qarabağ”ın futbolçuları bir-birlərinə qarşı

Albaniya və Bosniya və Herseqovina milli komandaları arasında yoldaşlıq matçı baş tutacaq.
 
Oyun martın 28-də keçiriləcək. Qarşılaşma Albaniyada yerləşən "Elbasan Arena"da keçiriləcək.

Qeyd edək ki, "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Albaniya, qolkiperi İbrahim Şehiç isə Bosniya və Herseqovina millisinin üzvüdür. Sözügedən qarşılaşmadan 2 gün sonra "Qarabağ" ölkə kubokunun yarımfinalında "Neftçi"nin qonağı olacaq./qafqazinfo.az/

MediaFax