Qara kəmər ustası partlayışda öldü - Azərbaycanda

Sumqayıtda yaşayış evində partlayış olub.
 
Hadisə bir neçə gün əvvəl baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Rövşən Xaliq oğlu Veysəlova məxsus evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə o özü, 1975-ci il təvəllüdlü həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.
 
Həkimlərin səyinə baxmayaraq, R. Veysəlov bu gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
 
Qeyd edək ki, R. Veysəlov tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir./APA/ 

MediaFax