“Qara bazar”da dollar neçəyədir?

Bu gün daha 4 bank valyuta satışını dayandırıb.
 
Bununla da ABŞ valyutasını satmayan bankların sayı 25-ə çatıb.

Noyabrın 18-də bankların dollar satışını dayandırması "qara bazar”ı bir qədər də canlandırıb. Saytın əldə etdiyi məlumata görə, bu saatlara qədər "qara bazar”da 1 dollar 1. 8400 manata satılır.

ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. "Qara bazar”da dollar 1.8200 manata alınır.

Onu da deyək ki, iddialara görə, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə "qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır./fins.az/

MediaFax