Qar Əhəd Abıyevi ifşa etdi: dövlət başçısına deyilən yalanın üstü açıldı - FAKTLAR

Daşkəsəndə yağan ilin ilk qarı şəhərin bir hissəsini işıqsız qoyub; Şəhərin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Buna səbəb şəhəri elektrik enerjisi ilə təmin edən transformatorlardan birinin sıradan çıxmasıdır. 

Politika.Az-ın xəbərinə görə, şəhərin işıqsız qalması rayon təhbərliyinin yarıtmaz fəaliyyətini ifşa edib. 

Daşkəsənin icra başçısı Əhəd Abıyev hər mövsüm müsahibələrində rayonun qış tədarürkü gördüyünü, qışa hazır oldunu bəh-bəhlə söyləyir. Ancaq hər il də eyni problem yaşanır və məlum olur ki, heç bir yüksək səviyyədə hazırlıq işləri görülməyib. 

Ə.Abıyev isə həmişə qeyd edir ki, qaz, su, işıq problemləri yoxdur, infrastruktur hazır vəziyyətdədir. Ancaq oktyabr qarı icra başçısının yalanını faş elədi. Məlum oldu ki, oktyabr qarına da hazır deyillər. 

Bu da Daşkəsən RİH-nin və yarıtmaz məmurların fəaliyyətinin nəticəsidir. Əgər oktyabrda şəhərin yarısı işıqsız qalırsa, dekabr-fevral aylarında hansı fəlakətin olacağını təsəvvür etmək olmur. 

Rayonun kəndləri isə səfalət içində yaşayır, heç bir şərait yoxdur. 

İddialara görə, icra başçısının başı filiz biznesindən ayılmır, daş karxanaların sahiblərindən, Xoşbulaq və Narzanda yerləşən istirahət mərkəzlərindən və ayrı-ayrı idarələrdən aylıq xərac yığdırmağa qarışıb. Halbuki, prezident dəfələrlə bildirib ki sahibkarlara işləməyə imkan verilməlidir. 

Adi bir faktı yada salaq: Daşkəsəndə dam örtüyü fəlakəti rayon rəhbərliyinin korrupsiyasını növbəti dəfə ifşa etmişdi. 

Rayonun çoxmərtəbəli yaşayış və inzibati binalarının dam örtüklərinə ziyan dəyməsi görülən işlərin hansı səviyyədə olduğunu nümayiş etdirdi.

İcra başçısı Əhəd Abıyevin tələm-tələsik şəhərin S.Vurğun küçəsində yerləşən 2 mərtəbəli, 12 mənzilli 16 nömrəli yaşayış binasına baş çəkməsi də onun əməllərini ört-basdır edə bilmədi. 

Məlumata görə, icra başçısı Əhəd Abıyev və "Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat "siliblər”. 

Ə.Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz T.Hüseynovun "Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. 

*RİH-nin mövqeyini dərc etməyə hazırıq.

MediaFax