Qadın kişini bıçaqla yaraladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.
 
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Ramiz Allahverdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramiz Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Samirə Sadıqova tutulub./APA/

MediaFax