Stadnik Azərbaycana gümüş medal qazandırdı - Yenilənib

17.08.2016 
18:29 
 
Braziliyadakı "Rio-Olimpiadası”nda iki qadın güləşçimiz yarışlara qələbə ilə başlayıb.

Yarışda 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç səkkizdəbir finalda Ukrayna təmsilçisi Oksana Herhelə qalib gələrək, dörddə bir finala yüksəlib.

Digər qadın güləşçimiz Mariya Stadnik də yarışlara qələbə ilə başlayıb. O, ilk görüşündə argentinalı Patrisia Alexandra Bermudesə 10:0 hesabı ilə qalib gələrək, dörddəbir finala çıxıb.
 
------------
19:38
 
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında uğurlu çıxışlar seriyasını davam etdirir.
 
48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız dörddəbir finalda polşalı rəqibinə aman verməyib. Mariya Stadnik bu görüşdə 10:0 hesabı ilə qələbə qazanaraq yarımfinala adlayıb.
 
X X X
 
Braziliyadakı "Rio-Olimpiadası”nda qadın güləşçimiz Yuliya Ratkeviç də uğurlu çıxışları ilə yadda qalır.

Yarışda 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Yuliya Ratkeviç dörddəbir finalda Kolumbiya təmsilçisinə qalib gələrək, yarımfinala yüksəlib./modern.az/
 
------------------
18.08.2016
00:48 

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
 
Dünən mübarizəyə xanım güləşçilər də qoşulub.
 
Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnikin (48 kq) ilk rəqibi Patrisia Bermudes olub. Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanan Stadnik argentinalıya heç bir şans verməyib. İlk hissədə rəqibindən 10 xal alan təmsilçimiz döyüşü vaxtından əvvəl xeyrinə bitirib.
 
O, 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.
 
Finala gedən yolda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankova ilə qarşılaşıb. O, rəqibinə heç bir şans verməyib. Görüş başlayan kimi ardıcıl xallarla hesabı 6:0 edən təmsilçimiz daha sonra isə rəqibinin kürəyini xalçaya vuraraq ilk perioddaca təmiz qələbə qazanıb.
 
Stadnik finalda yaponiyalı dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Təmsilçimiz Tosakaya 2:3 hesabı ilə məğlub olaraq Olimpiya oyunlarının gümüş medalını qazanıb./apasport.az/

MediaFax