Qadın atdan yıxılıb xəstəxanalıq oldu

Gədəbəydə qadın atdan yıxılıb.
 
Rayonun Dəyə Qarabulaq kənd sakini, 1972-ci il təvəllüdlü Təzəgül Əliyeva ağır kəllə beyin travması xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. 
 
Vəziyyəti ağır olduğu üçün o reanimasiya şöbəsinə köçürülüb. Məlumata görə T. Əliyeva qoyunları gətirməyə gedən zaman atdan yıxılıb./APA/

MediaFax