Putinə qarşı niyə sanksiya yoxdur? - Ağ Evdən açıqlama

"Vaşinqton Putin əleyhinə sanksiya tətbiq etsəydi, bu, "həddini aşmış” addım olacaqdı."

Belə bir bəyanatla Ağ Evin təmsilçisi Coş Ernest çıxış edib:

"Dövlət başçıları əleyhinə sanksiyalar ancaq fövqaladə vəziyyətlərdə tətbiq edilir. Putinin adının həmin siyahıda yer alması fövqəladə hal ola bilərdi.”

29 dekabr tarixində ABŞ seçki kompaniyasına Rusiyanın kiber hücumlarını səbəb göstərib, bir sıra rusiyalı diplomatı "persona-non-qrata” elan edərək ölkədən qovdu./aznews.az/

MediaFax