Putin Türkiyəyə niyə gedir? - Yenilənib

14:48  
 
Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə rəsmi dövlət səfəri edəcək.
 
Rusiya KİV xəbər verir ki, bu barədə prezidenin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
 
Onun sözlərinə görə səfərin detalları ilə bağlı bütün işlər tamamlandıqdan sonra rəsmi açıqlama veriləcək./modern.az/
 
------------
16:50
 
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfərinin vaxtı və məqsədi açıqlanıb.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu V. Putinin Türkiyəyə oktyabrın 11-də səfər edəcəyini açıqlayıb.
 
Səfərin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir./APA/
 
MediaFax