Putin Təhlükəsizlik Şurasını məlumatlandırdı - Ukrayna danışıqları ilə bağlı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Berlində "Normand dördlüyü" ölkələrinin Ukrayna üzrə danışıqlarının yekunlarını müzakirə edib.

Rusiya KİV-i xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident Təhlükəsizlik Şurasının daimi üzvlərini bu yaxınlarda Berlində baş tutan "Normand dördlüyü” formatında keçirilən, həmçinin Almaniya kansleri və Fransa prezidenti ilə müzakirə olunan Suriya məsələləri haqqında məlumatlandırıb”, - deyə Peskov vurğulayıb./virtualaz.org/

MediaFax