Putin Suriyaya yeni hərbi gəmilər göndərdi

Rusiya Suriyaya yeni hərbi gəmilər göndərib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı "RİA Novosti” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Moskva bu dəfə Suriyaya Qara dəniz donanmasına məxsus kiçik raket gəmisi olan "Miraj”ı yola salıb. Bu, Rusiyanın son bir neçə gün ərzində Suriyaya göndərdiyi üçüncü kiçik raket gəmisidir.
 
"Miraj” özündən öncə göndərilən gəmilərdən fərqli olaraq "Kalibr”lə deyil, raketdən müdafiə silahı olan "Malaxit” raketləri ilə təchiz edilib.
 
Qeyd edək ki, hazırda Rusiyanın Suriyada 10 hərbi gəmisi mövcuddur.

MediaFax