Putin Merkelə “yox” dedi

Rusiya prezidenti Vladimir Putin "normand dördlüyü” (Almaniya, Rusiya, Ukrayna, Fransa) çərçivəsində Angela Merkelin dəvəti ilə Berlində şam yeməyi yeməyə getməyəcək.
 
Diplomatik mənbələrinə istinadən yazan "Rosbalt” agentliyi isə bildirir ki, Merkel əslində heç kəsi dəvət etməyib.

Qeyd edək ki, Merkelin "normand dördlüyü” liderlərini şam yeməyinə dəvət etməsi barədə Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov məlumat vermişdi. Qeyri-formal görüş 19 oktyabrda Berlində baş tutacaq. Ehtimal olunur ki, dörd ölkənin lideri Ukrayna böhranını müzakirə edəcək.

Qeyd edək ki, Putin daha əvvəl Parisə nəzərdə tutulan görüşünü təxirə salmışdı./avropa.info/

MediaFax