Ərdoğanla Putin sənəd imzalayacaqlar

Rusiya prezidenti Vladimir Putin oktyabr 10-da İstanbulda keçiriləcək Dünya Energetika Konqresində Türkiyə prezidenti Ərdoğanla danışıqlar aparacaq.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya-Türkiyə münasibətləri, regional və beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq. İkitərəfli sənədlərin imzalanması gözlənilir" - məlumatda belə deyilir. 

Kremldən bildiriblər ki, Putin forumun xüsusi sessiyasında çıxış edəcək./avropa.info/

MediaFax