Putin-Ərdoğan görüşünün vaxtı açıqlandı

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin əvvəlində baş tutacaq.
 
Türkiyə Xarici İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, görüş Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində keçiriləcək.
 
Nazirliyin məlumatına görə, dekabrın 1-i hər iki ölkənin xarici işlər nazirləri – Sergey Lavrov və Mövlud Çavuşoğlu Şuranın iclasına hazırlıq çərçivəsində görüşəcək./modern.az/

MediaFax