Putin də Türkiyə prezidentinə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin Türkiyənin İstanbul şəhərində gecə klubunda törədilən terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, Rusiya prezidenti həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyədə baş vermiş terakt nəticəsində 36 nəfər ölüb, 69 nəfər xəsarət alıb./trend.az/

MediaFax