Putin Amerikadakı seçkilərə müdaxilə edir - Maraqlı açıqlama

Rusiya prezidenti Vladimir Putin güclüdür və ABŞ-dakı prezident seçkisi öncəsi aparılan kampaniyaya müdaxilə edir.
 
Modern.az saytının məlumatına görə, belə bir iddia ilə Almaniyanın "Die Welt” nəşri çıxış edib. Məqalədə Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton haqda məlumatların oğurlanmasının Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyi bildirilib.
 
"İnamla demək olar ki, Rusiya Amerikadakı seçkiqabağı kampaniyada rol oynayır. Buna görə də, Hillari Klinton ardıcıl olaraq Moskvanı tənqid etməkdən yorulmur. Respublikaçı Donald Tramp isə bunun  tam əksinə olaraq Putinə rəğbət bəsləyir. Kreml rəhbəri də artıq hansı namizədə qələbə arzuladığını ifadə edib: Kim Rusiya ilə danışıqlara hazırdır ona – yəni Donald Trampa”,-deyə məqalədə qeyd olunub.
 
Amerikada keçiriləcək seçki fonunda Rusiyanın iqtisadi sarsıntılardan tədricən çıxmağa müvəffəq olduğu da bildirilib.
 
"Prezidentliyə namizəd Tramp seçkiqabağı çıxışlarının birində vurğuladı ki, Rusiya yoxa çıxmış 30 min elektron məktubu tapmağı bacaracaq. Söhbət Hillari Klintonun dövlət katibi olduğu vaxtlarda ələ keçirilən materiallardan gedir.
 
Rusiyanın intensiv iqtisadi artımından ilhamlanan Putin Amerikadakı seçki kampaniyasının gedişatına da müdaxilə edir. Bunun necə təşkil olunmasını Putin dəqiq bilir”.

MediaFax