Psixoloq uşağı döydü - Bakıda şok

Azərbaycanda oğlan övladının qız oyuncaqlarına meyli olduğu görən valideynlər onu psixoloqa aparıblar.
 
Psixoloq isə elə valideynlərinin gözləri qarşısındaca uşağı döyüb.

BAKU.WS xəbər verir ki, bu barədə psixoloq Xatirə Səfərova Facebook səhifəsində status paylaşıb. Bildirib ki, hazırda həmin uşaq onun terapiya prasedurasından keçir.

"Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, bir də qız oyuncaqları ilə oynasa döyüləcək. Aparın cüdoya qoyun. Üzgüçülüyə qoymayın ki, qız kimi fiqurası olar. Peçenye, şirniyyat yeməyə qoymayın. Homoseksuallar şirniyyata meyilli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun"

Psixoloq bildirib ki, uşaqları bu cür savadsız psixoloqların yanına aparmaq olmaz. Bu cür psixoloqlar yaxşıların adını batırır.

MediaFax