“Prezidentlərin Bakı görüşündə Ərdoğanı da görmək istərdik” - İran

"Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılmasını istərdik".
 
Bu sözləri İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur RİA Novosti agentliyinə müsahibəsində deyib.
 
Xatırladaq ki, bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək./apa.az/

MediaFax