Prezidentlər Türkiyədə görüşdü

Oktyabrın 9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etdilər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra dövlət başçıları birgə şam etdilər./AZƏRTAC/

Qeyd edək ki, dünən prezident İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib./APA/ 

MediaFax