“Prezident olandan sonra...” - Obamadan etiraf

Barak Obama etiraf edib ki, prezident vəzifəsində olduğu müddətdə daha çox söyüş söyüb.
 
ABŞ prezidenti seçilməmişdən əvvəl bunu daha az etdiyini deyib.

"Lazım olduğundan daha tez-tez söyüş söyürəm. Başa düşdüm ki, bu vəzifədə olduğum müddətdə daha çox söyürəm, nəinki əvvəlki həyat tərzimdə.
 
Xoşbəxtlikdən Ağ Evin aparat əməkdaşlarının rəisi və milli təhlükəsizlik üzrə müşavirim (Syuzan Rays) məndən daha çox söyürlər” – o, bu barədə "Vanity Fair” jurnalına müsahibəsində deyib./avropa.info/

MediaFax