“Prezident heç vaxt ANS-i güdaza verməz” - Video

Sentyabrın 15-də ANS Şirkətlər Qupunun keçirilən məhkəməsi başa çatıb.

Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən məhkəmə qeyri-müəyyən müddətə təxirə salınıb. Bunun əsas səbəbi isə ANS-in vəkili Fuad Ağayev olub.

Belə ki, vəkil işin ona dünən verildiyini və məsələ ilə yaxından tanış olmadığını bildirib. Bu səbəblə də məhkəmə təxirə salınıb.

Məhkəmədən sonra ANS-in vitse-prezidenti Mirşahin Ağayev jurnalistlərin suallarını cavablandırıb:

"Mən məhkəmədən ancaq ədalət gözləyirəm. Baş verən son proseslərdə də ANS-in xeyrinə siqnallar var. ANS Azərbaycan tarixinin rəmzidir. İnanıram ki, heç vaxt ona qarşı laqeyd münasibət göstərilməyəcək. İnanıram ki, Azərbaycan prezidenti heç vaxt ANS-i güdaza verməyəcək. Hətta bu məsələ Türkiyə hakimiyyətində də müzakirə olunmağa başlayıb. Hakimiyyətə yaxın olan "Star"ın rəsmi saytında ANS-in FETÖ ilə heç bir əlaqəsinin olmadığı qeyd olunub"./admiral.az/
 

MediaFax