Prezident dövləti parçalamağı təklif edir

Serb Respublikasının prezidenti Milorad Dodik Bosniya və Herseqovina Konfederasiyasını parçalamağa çağırır.

Bosniya və Herseqovina Konfederasiyasına iki dövlət daxildir: Bosniya-Herseqovina Federasiyası və Serb Respublikası.

Konfederasiya Yuqoslaviya parçalanandan sonra, 1990-cı illərin birinci yarısında yaradılıb.

Bosniya və Herseqovina Federasiyasının əsas əhalisi müsəlman bosniyalılar və xristian herseqovinalılardır.
 
Milorad Dodik Bosniya və Herseqovina Konfederasiyasını dağıtmaq çağırışını respublika televiziyasına müsahibəsində səsləndirib.

O deyib ki, konfederasiyanı dinc şəkildə iki yerə parçalamaq gərəkdir, Serb Respublikası ayrı, Bosniya-Herseqovina Federasiyası isə ayrı dövlət olmalıdır və onların arasından dövlət sərhədi çəkilməlidir.

Serb Respublikasının prezidenti iddia edib ki, Bosniya və Herseqovina Konfederasiyası yalnız böyük ölkəyə malik olmaq istəyən müsəlmanların idealizminə əsaslanır. Amma onun fikrincə, "gəlmə idealistlər” vahid dövlət təsəvvürü yaratmağa çalışsalar da, konfederasiyanın bir ölkə kimi uğur qazanmaq şansı yoxdur.

Dövlət sərhədləri çəkməklə məsələni həll etmək olar. Sonradan isə əməkdaşlıq üçün müraciət edə bilərik”./novator.az/

MediaFax