Polisə belə müraciət olmamışdı...

Kişinin öz həyat yoldaşını intihar həddinə çatdırması ilə bağlı polisə məlumat daxil olub.
 
Hüquq-mühafizə orqanı əməkdaşları kişinin öz arvadını çılpaq şəkillərini yayacağı hədələməsi ilə ilk dəfə rastlaşdıqlarını etiraf ediblər. Hazırda Bakının Nizami rayon prokurorluğunda bu fakt araşdırılır.
 
Rayon prokurorluğuna Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C. müraciət edib.

O bildirib ki, əri (hazırda sabiq əri) – Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan əslən Qəbələdən olan F.B. qadını şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib. Qadın hüquq-mühafizəçilərinə bu biabırçılıq üzündən, hətta intihar etmək istədiyini belə söyləyib. Hər şey ərinin Rusiyaya qazanc ardınca getməsindən sonra başlayıb.

Rusiyaya getdikdən bir müddət sonra əri ona "Əgər sənə xəyanət etməyimi istəmirsənsə, mənə çılpaq şəkillərini göndər” məzmunlu ismarıc yazıb. Qadın uşağının atasının sözlərinə inanıb və həqiqətən də bu şəkillərinin ərinin ona sədaqətini qorumasına yardım edəcəyinə inanaraq şəkillərini yollayıb. Amma bir müddət sonra qadına xəbər çatıb ki, əri bu şəkilləri öz tanışlarına və qohumlarına göstərir. Bunu eşidən qadın boşanma üçün ərizə verib. Amma kişi bununla sakitləşməyib, onu şəkillərinin internetdə yerləşdirəcəyi ilə hədələməyə başlayıb./sputnik/

MediaFax