Polis zabitlərinə atəş açdılar - Amerikada

ABŞ-ın Kaliforniya ştatının Palm-Sprinqs şəhərində iki polis zabiti güllələnib.

Bu barədə "BBC" xəbər yayıb.

Məlumata görə, hadisə asayiş keşikçilərinin ailə qarşıdurmasını həll etmək istədikləri vaxt baş verib.

Ailə üzvlərindən biri asayiş keşikçilərinə odlu silahdan atəş açıb.

Hazırda hüquq-mühafizə orqanları polis zabitlərini güllələmiş şəxsi axtarırlar.

Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb. O, xəstəxanaya yerləşdirilib./report.az/

MediaFax