Polis “təhlükəli yük”ü belə “zərərsizləşdirdi” - Fotolar

Sumqayıtda polislər moruq satan gənclərə qarşı təzyiq göstəriblər.
 
Jurnalist Mehman Hüseynov öz facebook səhifəsində bu barədə paylaşım edib. 

Polis əməkdaşları günorta saatlarında moruq satan gənclərə yaxınlaşıb onlara küçə satışının qeyri-qanuni olduğunu deyiblər.  Polisə etiraz edən gənclər, təzyiqlə üzləşiblər. Nəticədə polislər moruq arabasını aşırdıblar. Jurnalist qeyd edir ki, polislər bir-iki vedrə moruğu da özləri ilə götürüb./bizimyol.info/
 



MediaFax