Polis şübhəli maşına atəş açdı

Türkiyə polisi İstanbulun Atatürk hava limanı yaxınlığında olan şübhəli avtomobilə atəş açıb.
 
TASS-ın verdiyi xəbərə görə, maşının içində 3 nəfər olub. 
 
Hava limanının nəzarət-keçid məntəqəsinə yaxınlaşan ağ furqon polisin dayanmaq əmrinə tabe olmayıb.
 
Təqib edilən avtomobilin sərnişinləri hadisə yerindən qaça bilib./APA/

MediaFax