Polad Bülbüloğlu və bir neçə səfir geri çağırılır; Nazim İbrahimova sərt xəbərdarlıq - ÖZƏL

Son bir neçə ayda Azərbaycanın xarici siyasi səhnədə həssas bir dönəmə girməsi aşkar şəkildə hiss olunmaqdadır. Bəzi beynəlxalq təşkilatıarın Azərbaycana və əsasən də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ikitərəfli, hətta çoxtərəfli mövqe tutması aydın şəkildə görünür. 

Belə bir şəraitdə xarici siyasətdə ciddi irəliləyişlər etmək üçün şübhəsiz, diaspora təşkilatlarının, səfirlik və konsulluqların fəaliyyətinə ciddi şəkildə nəzarət olunmalıdır. 

Mediafax.Az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Azərbaycanın bir neçə xarici ölkdəki səfirləri və diaspora təşkilatlarının rəhbərləri yenilənəcək. Hazırda bunun daha vacib olduğunu bildirən mənbə qeyd edir ki, əsas diqqət, İsrail, Rusiya, Türkiyə, İran, ABŞ və Almaniyaya yönəlib. Yəqin ki, onların fəaliyyəti incələnəcək və potensialları bir daha nəzərdən keçiriləcək. 

Məlumatda qeyd olunur ki, uzun müddətdir Azərbaycanı Rusiyada təmsil edən səfirimiz Polad Bülbüloğlu bu postdan alınaraq daha ciddi posta təyin ediləcək. Onun Bakıya qayıtdıqdan sonra daha yüksək vəzifə gözləyir. Həmçinin, Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırovun geri çağırılaraq İrana göndərilməsi də müzakirə mövzusudur.
 
Məlumatda qeyd olunur ki, hazırda səfirliklərə nəzarət daha da gücləndilirib və konkret tapşırıqlar verilib.

Diaspora təşkilatıarına gəlincə, vəziyyət daha həssas nöqtəyə gəlib. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sərdi Nazim İbrahimova ciddi xəbərdarlıqlar olunub. Son illərdə diaspora fəaliyyətinin olduqca zəifləməsi, bu sahənin konkret insanların nəzarətinə keçməsi ciddi şəkildə pislənilir. Bu səbəbdən də yaxın zamanlarda diaspor faəliyyətinin güclənməsi üçün konkret addımların atılacağı qaçılmazdır.

MediaFax