Piyadanı vurub çox qaça bilmədi, tutuldu

Sentyabrın 29-da saat 20 radələrində Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Feliks Bayramov vurulub.
 
Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Kia” markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

MediaFax