Pişiyi əzməmək üçün 100 minlik maşını aşırtdı - Fotolar

İngiltərəli Nik Qrimşou qiyməti 100 min dollardan baha olan "Mercedes-Benz G-Class" (Gelandewagen) yolsuzluq avtomobilini gözlənilmədən yola qaçan narıncı rəngli pişiyi əzməmək üçün qurban verib.
 
Kişi əyləci kəskin basaraq sükanı döndərib, nəticədə avtomobil böyrü üstə aşıb.

Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin avtomobili bərpa etmək üçün xərc tələb olunacaq./salamnews/
 





MediaFax