Pələnglər turisti parçaladı - Dəhşətli görüntülər

Heyvanat parkının əməkdaşları turisti xilas etmək üçün əllərindən gələni etməyə çalışsalar da alınmayıb.

Çinin Ninbo şəhərindəki zooparkında turistlərdən biri yırtıcıların olduğu volyerə girib. Əməkdaşlar kişi turisti heyvanların caynağından ala bilib.

Hadisə yerinə gələn həkimlər cəld yaralı turisti təcili yardımla xəstəxanaya göndəriblər. Lakin, turist aldığı ağır yaralardan həyatını itirib.

Hadisə yerində ölən şəxsin həyat yoldaşı və övladı da olub./aznews.az/
 

MediaFax