Payızda doğulan uşaqlar... - Həkimlərdən maraqlı açıqlama

Britaniyalı həkimlər uşaqların mayalanması üçün ən arzuolunmaz ayları müəyyən ediblər.

Rusiya mətbuatı xəbər verir ki, alimlər tibbi araşdırma apardıqdan sonra yanvar-mart aylarında mayalanan uşaqların yaddaş və təhsil problemlərinin olduğunu bildiriblər.

Araşdırmaya əsasən, payızda doğulan uşaqların təhsilində gələcəkdə çətinliklər ola bilər. "Payız” uşaqları həmyaşıdları ilə müqayisədə demək olar ki, 8 faiz geri qalırlar. Alimlər beş il ərzində 800 min uşaq haqqında məlumatları təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Səbəb isə günəşli havanın və D vitaminin çatışmazlığıdır. Payız vaxtı orqanizm bu vitamini almaqda çətinlik çəkir. Tədqiqatçıların fikrincə, hamiləliyə hazırlaşan qadınların xüsusilə payızda və qışda vitamin qəbul etmələri vacibdir./AZƏRTAC/

MediaFax