Patrik Hikkiyə Braziliyadan getməyə icazə verildi

Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib.
 
"France Presse" agentliyinin məlumatına görə, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

71 yaşlı funksioner 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunub. Ona qarşı "Rio-2016" biletlərinin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ötən ay Hikkinin ürək əməliyyatına ehtiyac duyduğu müəyyənləşib. Məhkəmənin ona Braziliyanı tərk etmə icazəsi verməsi də məhz bununla əlaqədar olub./report.az/

MediaFax