Partlamayan telefonlar icad edildi

Rusiyanın "Goreltex” zavodu partlayışa davamlı mobil telefon hazırlayıb. 
 
Xarici KİV-lər xəbər verir ki, yeni telefon KTQ-ST adlanır. Bu model gücləndirilmiş möhkəm korpusa, rezin kənarlara, zərbələrə və sıyrıntılara davamlı 2,2 düym displeyə malikdir. 

Modelin standart xarakteristikalarına gəldikdə isə 0,3 megapixel kamera, 2 sim kartı və 32 GB həcmə qədər yaddaş kartını dəstəkləyən adi düyməli telefondur./aznews.az/

MediaFax