Pakistanın baş naziri qəbulda

Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub.
 
Mediafax.Az xəbər verir ki, baş naziri Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
 
Azərbaycanın dövlət və hökumət nümayəndələri M. N. Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri prezident İ. Əliyevə təqdim olunub.
 
Azərbaycan prezidenti və Pakistanın baş naziri rəsmi foto çəkdiriblər.
 
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

MediaFax