Oxuya bilmədi, öldürdülər - Dəhşət

Keniyada müəllim və şagirdlər məktəblini döyərək öldürüb.
 
Faciə Keniyanın Nayrobi şəhərindəki Mukandamia məktəbində baş verib. 

"Mirror" xəbər verir ki, müəllimin rəhbərliyi ilə şagirdlər 10 yaşlı sinif yoldaşını ölümcül döyüblər. Buna səbəb qızın dərslikdəki mövzunu oxuya bilməməsi olub.
 
Hadisədən sonra müəllim qaçıb gizlənib, valideynlər isə uşaqlarını məktəbdən çıxarıblar.
 
O da bildirilir ki, dərsdən sonra döyülən qız, özünü pis hiss edib və evə getmək üçün icazə alıb. Evdə qan qusmağa başlayan qızı dərhal xəstəxanaya aparıblar.
 
Lakin balaca qızcığaz orada həyatını itirib. Şahidlər bildiriblər ki, müəllim qızın belinə güclü zərbələr endirib.

Polis müəllimin tapılması üçün axtarışlara başlayıb. Məktəbin başqa müəllimləri və qızın sinif yoldaşları bu hadisəyə görə cəzalandırılmayıb./musavat.com/

MediaFax