Oxumaq şövqü görmə əngəlinə qalib gəldi - O, jurnalist oldu

154 abituriyent arasında Jurnalistika ixtisasına imtahan verən görmə əngəlli Xətai Azayev arzusuna çatıb.

Xətai Azayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

Bundan başqa Xətainin qardaşı Hüseyn Azayev də tələbə adını qazanıb. O, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olub. 

Qeyd edək ki, Xətai Azayev bu il jurnalistika ixtisasına qabiliyyət imtahanı verən və məqbul qiymət alan 154 nəfərdən biridir. Görmə əngəlli Xətai durmadan çalışıb və istəyinə çatıb. 24 yaşlı bu gənc 3 il qəbul imtahanlarında uğurlu nəticə göstərə bilməyib. Bu il isə imtahanda 324 bal toplayıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib./azvision.az/

MediaFax