Çovdarovun görmədiyiniz Fotosu + Müraciət

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla bağlı prezident İlham Əliyevə müraciət olundu.
 
Gürcüstanda yaşayan azərbaycanlı ziyalılar ölkə başçısına ünvanladıqları müraciətin eyni zamanda saytımıza göndəriblər.

Müraciətdə deyilir: Gürcüstanda yaşayan azərbaycanlıara başqa dövlətin vətəndaşı olsaq da, daim Sizi Ulu öndərin davamçısı olmaqla özümüzə lider hesab edirik.Sizin gördüyünüz işləri həmişə diqqətimizdə saxlayırıq və uğurlarınıza həddən ziyadə sevinirik.Həmçinin, biz baş verən bəzi hadisələri də ürək ağrısı ilə izləyirik.Belə ki, məlum olduğu kimi əslən bizim həmyerlimiz olan – ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarov 2015-ci ilin noyabr ayından həbs olunmuş və ona qarşı müxtəlif ittihamlar irəli sürülüb.

Akif Çovdarov haqqında bu gün yazılan yalanları əsəbləşmədən oxumaq mümkün deyildir. Mətbuatda onun atasının qəssab olduğunu yazanlar əgər gəlib burada bizlərdən soruşsaydılar ki, Akif Çovdarovun atası Teymuxan müəllim kim olub. Biz onlara həmin insanın ali təhsilli müəllim olduğunu və müəllimlik rütbəsindən məktəb direktoru və sovxoz direktoru kimi məsul vəzifələrdə çalışdığını anladardıq.

Akif Çovdarov vəzifədə olarkən Gürcüstanda yaşayan azərbaycanlılar üçün bir ümid və inam yeri olub. Onlarca problemlərimiz məhz onun müdaxiləsindən sonra həllini tapmışdır. Təbii ki, o heç vaxt bunu unutmamışdır və gördüyü butun xeyirxah işləri məhz Sizin ona verdiyiniz dəstək əsasında edib və bunu da daim bizlərə də bildirib.

O hər zaman bizdən Sizin ətrafınızda sıx birləşməyi tələb edib və bu istəyində tam haqlı olub.

Möhtərəm Prezident,

Gürcüstanda yaşayan azərbaycanlıların bu günədək heç bir münasibət bildirməməsi səbəbi, nə Akif Çovdarova qarşı laqeyidliyimizdən, nə də onun ona qarşı irəli sürülən ittihamlara inandığımızdan deyildir. Sadəcə biz ölkənin başında Sizin kimi insanın dayandığını bildiyimiz üçün və Sizin heç bir haqsızlığa imkan verməyəcəyinizi bildiyimiz üçün sadəcə baş verənləri izləməklə kifayətlənmişik. Lakin, artıq gedən proseslər onu göstərir ki, bəzi qüvvələr Akif Çovdarovu məhbus divarlarında guya xəstəlikdən əziyyət çəkərək ölməsi kimi bəhanələrlə həyatına son qoymağa çalışırlar.

Möhtərəm Prezident,

biz Gürcüstan azərbaycanlıları sizdən artıq dərəcədə xahiş edirik ki, Akif Çovdarovun səhhətində olan təhlükəli xəstəliklərə görə istintaqın gedişini öz nəzarətinizə götürəsiniz. /criminal.az/
 


MediaFax