Çovdarov huşunu itirərək yıxılıb

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyatda Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun vəziyyəti qəfil pisləşib.

Bu dəqiqələrdə saytımıza daxil olan məlumata görə, yenidən aclıq aksiyasına başlayan Çovdarov huşunu itirərək yıxılıb. Həkimlərin səyi nəticəsində çətinliklə də olsa özünə gələn Çovdarovun vəziyyətinin yaxşı olmadığı deyilir. Hətta istintaq təcridxanasında onun ölüm xəbəri də yayılıb. Daha sonra onun sağ olması barədə məlumatlar yenilənib./bizimxeber.az/

MediaFax