“Onunla aramızı erməni əsilli biri vurdu”

"Flora xanımla illərdi əvvəlki kimi dostuq. O vaxtlar aramızda narazılıq oldu”.

Bu sözləri aparıcı Sərxan Kərəmoğlu yazıb. Uzun müddət xalq artisti Flora Kərimova ilə küsülü qalan aparıcı barışdıqlarını deyib. 

O bildirib ki, aralarını televiziya işçisi vurub:

"Aramızdakı narazılığı reytinq naminə şişirdən telekanalda çalışan erməni əsilli biri oldu. Bizi bir-birimizdən xəbərsiz qarşı-qarşıya qoydu. Allah böyükdür, sonu nə oldu? Heç nə... Dostlarım, sizin xətriniz mənə əzizdir. Ona görə bunları deyirəm ki, biləsiniz: hazırda küsülü olduğum heç kim yoxdur. Niyə? Çünki bu həyat da, insanlar da fanidir. Öz qiymətinizi bilin. Qarşınızdakı insanları sevin. Bir də sizin bu həyata təkrar gəlməyə şansınız olmayacaq”./millətinsəsi.az/

MediaFax