“Onları Allaha tapşırıram” - Elza

"Özlərinə "ekstravaqant” müğənni deyirlər. Halbuki bu ifadədən, dəbdən anlayışları yoxdur. Belələrinin hamısı özünü mənə oxşatmağa çalışır".

Bu sözləriaçıqlamasında əməkdar artist Elza Seyidcahan deyib. 

Müğənni bildirib ki, onun haqqında həqiqətləri əks etdirməyən söz-söhbətlər yayırlar:

"Məndən öyrənənlərə pis baxmıram. Mən də nəyisə öyrənirəm, bunu eyib bilmirəm, şərəfdir. Zahiri görünüşümdən öyrənirlər, çalışsınlar bir az xasiyyətimdən bəhrələnsinlər. Hər kəsin çiynində xeyir və şər mələk var. Savaşa, cavab qaytarmağa, "mənəm-mənəm” deməyə qalsa, hamıdan betərini edərəm. Amma çalışıram, xasiyyətimlə mübarizə aparıram ki, insanların xətrinə dəyməyim. Haqqımda yalan danışanlarla bağlı o qədər əlimdə sübutlar var ki... Amma onları Allaha həvalə edirəm”./axşam.az/

MediaFax